ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir Dünya

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İslam Respublikasına qarşı əlavə qadağalar qoymağı nəzərdə tutan layihə Konqresə göndərilib.
"Məqsəd Tehrana təzyiqləri gücləndirməkdir. İndi vəziyyət əvvəlkilərdən fərqlənir. İran daha çox təzyiq və sanksiyalara məruz qalmalıdır", - C. Sallivan qeyd edib.