"Vardanyan istisnasız olaraq cinayətkatdır" Dünya

"Vardanyan istisnasız olaraq cinayətkatdır"

Ruben Vardanyana bu qədər diqqətin olması şübhəsiz ki, onun pulu ilə bağlıdır. Vardanyan həyat yoldaşı vasitəsi ilə bəzi şəxslərdən yüksək madiyyat qarşılığında kömək umur. Digər seperatçıları vecinə almayan dairələr, məsələn, Vardanyan olanda dəridən - qabıqdan çıxırlar. Məsələ sadəcə onun pullarına şərik çıxmaqdır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Zeynal Əmrəliyev deyib.

O, qeyd edib ki, Qərb yenə öz ampulasındadır. Nəyə görə, hansı xidmətlərinə görə, bu adama Nobel mükafatı verilir. Bu mükafat sülhün əldə edilməsində vasitəçilik edənlərə verilir. Vardanyan nə xidmət göstərib? Daha da münasibətləri qəlizləşdirmək istəyirdi. Şübhəsiz ki, bu Azərbaycana qarşı növbəti təxribatdır. Guya bu yolla ölkəmizə təzyiq edib onu həbsdən azad etdirmək istəyirlər:
"Nobel mükafatı sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan və Ermənistan liderlərinə verilməlidir - münaqişəni bitirdiklərini üçün. Məsələni daha da qızışdırmaq istəyən birinə niyə verilsin. Bu şəxs Rusiyada bizneslə məşğul olduğu halda Azərbaycana gəldi, terrorçu rejimdə təmsil oldu, terrorçuların silah - sursatlar təmin edilməsində iştirak etdi, həmçinin Azərbaycanı hədələyən bəyanatlar verdi. Onun konkret cəzası var və o cəzasını çəkməlidir. Ruben Vardanyan bir qayda olaraq cinayətkatdır. Ölkəmizə qarşı cinayətlərdə iştirak edib. Bu şəxs təkcə Azərbaycanda deyil, Ukraynada da seperatizmə aktiv dəstək verirdi. Ukraynaya dəstək göstərən Qərb niyə bu ölkədə seperatizmi dəstəkləyən birinə Nobel vermək istəyir ? Şübhəsiz ki, bu onun pullarına qonmaq və Azərbaycana təzyiq metodu kimi istifadə etməyə görədir. ABŞ bu proseslərdə çox fəal iştirak edir. Bu ölkənin mediya qurumları durmadan onu qəhrəman kimi təqdim edir. Ukrayna dövləti gərək öz müttəfiqlərinə sual versin ki, Rusiyanın agentura şəbəkəsinə üzv olan, Ukrayna dövlətinə və xalqına düşmən kəsilən bir şəxs onunla müttəfiq olan ölkələr niyə dəstəkləyir? Niyə CNN telekanalı onunla bağlı durmadan reportajlar hazırlayır, ailə üzvlərindən uzun - uzadı müsahibələr alır? Digər bir məsələ isə Nikol Paşinyanı devirmək üçün Rusiyadan göndərilmiş bu şəxsin Qərb tərəfindən müdafiəsidir. Paşinyan Qərbə can atır, ancaq Qərb Vardanyanı müdafiə edir. Demək ki, ortada başqa məsələ var. Bu da təbii ki, bu kriminal ünsürün pulları və ondan qəhrəman düzəldən dairələrin Azərbaycana qarşı duşmənçiliyidir".

Cavid