ABŞ öz gözündə tiri görmür, özgə gözündə tük axtarır Dünya

ABŞ öz gözündə tiri görmür, özgə gözündə tük axtarır

ABŞ yenə də "insan haqlarına" dair subyektiv hesabatını açıqlamaqla özünün hər kəsdən yuxarıda olduğu mesajını verib. Hər il dünya ölkələrində insan haqlarına dair hesabat açıqlayan ABŞ-ın bu hesabatı artıq heç kəs tərəfindən ciddi qəbul edilmir, çünki onun hazırlanması zamanı 2-ci və 3-cü dərəcəli ABŞ diplomatlarının ölkələrdə sosial mediada yayılan neqativ məlumatları toplayıb dəqiqləşdirmədən, peşəkar təhlil aparılmadan hesabata daxil edir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Politoloqun fikrincə, əgər ABŞ dünyada insan haqları sahəsinə "nəzarət" rolunu öz üzərinə götürürsə, əvvəla sosial mediada yayılan, çox vaxt həqiqəti əks etdirməyən və təsdiqlənməyən
şayiə və dedi-qoduları yox, təsdiqlənmiş real məlumatlara əsaslanmalıdır:

"Ümumilikdə isə ABŞ özünü bu rolda görürsə, öz ölkəsində insan haqları sahəsində vəziyyətə dair könüllü və açıq şəkildə hesabatla
çıxış etsin, ABŞ-da rasizm, islamafobiya, miqrantların hüquqlarının pozulması, həbsxanada dözülməz şərait və digər məsələləri də hesabata daxil etsin.
Hesab edirəm ki, BMT, dünya dövlətləri də bir araya gəlib ABŞ-da insan haqları barədə hesabat hazırlamalıdır.
ABŞ Qəzza hadisələri barədə susur. İraqda, Əfqanıstanda ABŞ ordusunun cinayətləri barədə hədsiz faktların olmasını bütün dünya bilir. ABŞ ilk öncə bunların cavabını verməlidir ki, özünü insan haqları qoruyucusu rolunda görə bilsin. Əgər bütün dünya ABŞ-ın özündən bu sahədə narazıdırsa, onda ABŞ özünə başqa məşğuliyyət tapmalıdır. İnsan hüquqları mövzusu ABŞ-ın girəcəyi
sahə deyildir".

Cavid