Rusiya Türkiyə XİN-ə nota göndərib - Mariya Zaxarova Dünya

Rusiya Türkiyə XİN-ə nota göndərib - Mariya Zaxarova

Rusiya Türk Hava Yollarının uçuşları ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə nota göndərib.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda sənəd türk diplomatları tərəfindən öyrənilir.

Qeyd edək ki, mart-aprel aylarında Türk Hava Yollarının bəzi Latın Amerikası ölkələrinə, o cümlədən Meksika və Argentinaya reyslərində ruslar İstanbuldan uçmaqda çətinlik çəkib.

Aprelin 11-də Rusiya Turoperatorları Assosiasiyası üç qızın Meksikaya uçuşa buraxılmadığını bildirib.