Meksikada avtobus qəzaya uğrayıb, 14 nəfər ölüb Dünya

Meksikada avtobus qəzaya uğrayıb, 14 nəfər ölüb

Meksika ştatında avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ölüb, daha 31 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə dövlət təhlükəsizlik katibliyi məlumat yayıb.

Məlumata görə, qəza Çapulin-Çalma avtomobil yolunda baş verib.

“El Universal” xəbər verir ki, sərnişinlər yerli müqəddəs Lord Çalma məbədinə gedən zəvvarlar olub.