Ukrayna qüvvələrinin 300-ə yaxın PUA-sı məhv edilib Dünya

Ukrayna qüvvələrinin 300-ə yaxın PUA-sı məhv edilib

Regional Müdafiə Qərargahı bildirir ki, bir həftə ərzində "Donetsk Xalq Respublikası" üzərində Ukrayna qüvvələrinin 300-ə yaxın pilotsuz təyyarəsi məhv edilib.

“Rusiya FTX-nin "DXR" üzrə idarəsinin məlumatına görə, son bir həftə ərzində Donetsk, Makeyevka, Yasinovataya və Avdeyevka səmalarında Ukraynaya məxsus 283 pilotsuz uçan aparat aşkar edilərək zərərsizləşdirilib”, – qərargahın Teleqram kanalında yayılan mesajda deyilir.

Donetskin Kirovski və Petrovski rayonlarında əldəqayırma partlayıcı qurğular daşıyan "Starlink" sisteminin idarə etdiyi "Baba Yaqa" tipli 3 PUA-nın ələ keçirildiyi bildirilib. Budennovski rayonunda "Autel" tipli kəşfiyyat təyyarəsi vurulub.

Cavid