HƏMAS Misirin yeni təklifini nəzərdən keçirir Dünya

HƏMAS Misirin yeni təklifini nəzərdən keçirir

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan 33 girovu azad etmək üçün Misirin yeni təklifini nəzərdən keçirir.

Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Misir anklavda hərbi əməliyyatların dayandırılması müqabilində 33 girovu azad etməyi təklif edib. Mənbələr yəhudi dövlətinin bununla tam razılaşmadığını bildirsə də, təklif İsrailin köməyi ilə hazırlanıb.

Yeni təklif iki mərhələni əhatə edir. Birinci mərhələ hərbi əməliyyatlarda fasilə müqabilində bir neçə həftə ərzində 20-33 girovun azad edilməsini nəzərdə tutur. İkinci mərhələ “davamlı sakitliyin bərpası”dır ki, bu da daimi atəşkəs haqqında danışıqlar aparmaq üçün bir yol tapmaq deməkdir.

Bundan əvvəl “Əl-Qahirə əl-İhbariyyə” telekanalı bildirib ki, HƏMAS nümayəndə heyəti Qəzza zolağında atəşkəsin yaradılması üzrə danışıqların növbəti raundundan sonra Qahirəni tərk edib.

Cavid