"ABŞ bütün dünyada hərbi münaqişələr planlaşdırır" Dünya

"ABŞ bütün dünyada hərbi münaqişələr planlaşdırır"

ABŞ bütün dünyada hərbi münaqişələr planlaşdırır və təşəbbüs edir: Rusiyaya, Fələstinə, Çinə qarşı.

Bunu Venesuela prezidenti Nikolas Maduro “Venezolana de Television” kanalında “Maduro Plus ilə” adlı müəllif proqramında deyib.

Maduro bildirib ki, “ABŞ bir sıra hərbi münaqişələr planlaşdırıb”. “Ukraynanın Rusiyaya qarşı müharibəsi Rusiyanın gücünü məhv etmək üçün ən azı 20 il planlaşdırılmışdı, lakin ABŞ bunu edə bilmədi, Rusiya bu gün iqtisadi, siyasi, sosial, texnoloji və hərbi cəhətdən daha güclüdür”, - Venesuela lideri vurğulayıb.

Fələstindəki müharibənin “Yaxın Şərqdə sionizmin gücünün bərqərar olması” üçün aparıldığını qeyd edən Maduro, ABŞ-ın “bu gün Tayvanda qardaş Çinə qarşı müharibə başlatmağa” çalışdığını qeyd edib. Prezident bildirib ki, ABŞ Venesuelanın öz ölkəsinin bir hissəsi hesab etdiyi Qayana ilə mübahisəli olan Qayana-Essekibo ərazisində MKİ bazası və ABŞ-ın Cənub Komandanlığını yaradıb. “Onlar burada hərbi münaqişəyə başlamağı planlaşdırırlar”, - Maduro bildirib.

Cavid