Kolumbiyada helikopter qəzaya uğrayıb Dünya

Kolumbiyada helikopter qəzaya uğrayıb

Kolumbiyanın şimalında hərbi helikopter qəzaya uğrayıb.

Trend xəbər verir ki, hadisə Bolivar departamentində baş verib.

Ölkənin ən böyük narkotik karteli olan "Gulf Clan"a (Körfəz Klan) qarşı əməliyyatda iştirak edən hökumət qoşunlarını təchiz edən helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər həlak olub.