Krımı ATACMS raketləri ilə vurmaq istəyiblər Dünya

Krımı ATACMS raketləri ilə vurmaq istəyiblər

Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Krımı ATACMS raketləri ilə vurmağa cəhd edib.

Bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov bildirib.

“Bu gecə Ukrayna Silahlı Qüvvələrinin yaraqlıları "Krım Respublikası"na raket zərbəsi endiriblər"- o, Telegram kanalında Roqov yazıb.

Bundan əvvəl Krım rəhbərinin müşaviri Oleq Kryuçkov respublika sakinlərini hava hücumundan müdafiə sistemlərinin işini lentə almamağa və dərc etməməyə çağırmışdı. Gecə saatlarında Krım körpüsündən keçid bağlanıb.

Cavid