Çində magistralın çökməsi nəticəsində azı 19 nəfər ölüb - YENİLƏNİB Dünya

Çində magistralın çökməsi nəticəsində azı 19 nəfər ölüb - YENİLƏNİB

Çinin cənubundakı Quandun əyalətində yüksək sürətli magistralın bir hissəsinin çökməsi nəticəsində azı 19 nəfər ölüb.

APA xəbər verir ki, bu barə "Sinxua" agentliyi məlumat yayıb.

Ən azı 30 nəfər yaralanıb və xəstəxanaya aparılıb.
***

08:29

Çinin Quandun əyalətində yüksək sürətli magistralın bir hissəsinin çöküb, 18 avtomobil dağıntılar altında qalıb.

APA "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə Meyçjou şəhərində baş verib.

Bildirilib ki, sağıntılar altından 31 nəfər xilas edilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.