Etirazçılar Ədliyyə Evi yaxınlığında yolu bağlayıblar Dünya

Etirazçılar Ədliyyə Evi yaxınlığında yolu bağlayıblar

Parlamentin önündə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı çıxanların bir hissəsi Ədliyyə Evinə yürüş edib.

Gürcüstan mətbuatı xəbər verir ki, eyirazçılar Ədliyyə Evinin ətrafını bağlayıblar. Avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Nümayişçilər iştirakçıları skuter və zibil qutuları ilə yolu bağlayıblar.

Eyni zamanda, “Xarici təsirin şəffaflığı” qanun layihəsinə qarşı çıxanların bir qismi hələ də Parlamentin qarşısında və ətrafında qalır.

Aksiyaçılara qarşl hüquq-mühafizəçiləri tərəfindən dəfələrlə su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edilsə də, onlar dağılışmaq fikrində deyillər.

Cavid