13 İyun 10:19
11 Mart 2025 13:15
2 317
Rusiya Kursk vilayətində 12 yaşayış məntəqəsi nəzarətinə geri qaytarıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Boqdanovka, Bondarevka, Dmitryukov, Zazulevka, İvaşkovski, Kolmakov, Kubatkin, Martynovka, Mixaylovka, Aqronom, Pravda və Yujnı yaşayış məntəqələri azad edilib”.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ötən ilin avqustunda Rusiyanın Kursk vilayəti ərazisinə daxil olaraq 1000 kv. km-ə yaxın ərazini nəzarətə götürüb.
14 İyun 12:25
1 281
14 İyun 12:23
1 351
14 İyun 11:09
1 519