Əfqanıstanda məktəbdə partlayış: şagirdlər arasında ölənlər və yaralananlar var Gündəm

Əfqanıstanda məktəbdə partlayış: şagirdlər arasında ölənlər və yaralananlar var

Əfqanıstanın şərqindəki Kunar vilayətinin inzibati mərkəzi Əsədabad şəhərində məktəb binasında partlayış baş verib. İlkin məlumatlara görə, azı 25 nəfər ölüb, daha 97 nəfər isə yaralanıb.

Xalqcebhesi.az-ın xəbərinə görə, "Hasht-e Subh Daily" yerli mənbələrə istinadən məlumat verir ki, partlayış noyabrın 28-də səhər saat 10:00 radələrində Andirsir rayonundakı təhsil müəssisəsində qeydə alınıb.

Vilayət xəstəxanasındakı mənbələrin məlumatına əsasən, ölən və yaralananların hamısı məktəbin şagirdləridir. Hadisənin başvermə səbəbləri hələlik müəyyən edilməyib.

13:01

Əfqanıstanın Kunar vilayətinin Əsədabad şəhərindəki məktəb binasında partlayış baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə regional polis idarəsi məlumat verib. Hadisə şənbə günü səhər saatlarında şəhərin Andarsir rayonundakı məktəbdə qeydə alınıb.

İnsidentin təfərrüatları və mümkün xəsarət alanlar barədə məlumat hələlik açıqlanmır.

Polis əlavə məlumatların daha sonra dərc olunacağına söz verib.

Məryəm Quliyeva