

ABŞ Ukraynaya indiyədək yeni koronavirusa qarşı təxminən 2,2 milyon doza peyvənd ayırıb.
"TASS"-ın verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken "Twitter" səhifəsində bildirib.
"COVID-19" peyvəndlərinin ikinci partiyasının Ukraynaya çatdırıldığını bildirməkdən məmnunam, bu, indiyə qədər bağışladığımız 2.2 milyon dozanın bir hissəsidir", - Blinken bildirib.