UNESCO baş direktoru vəzifəsinə ilkin səsvermə nə vaxt keçiriləcək? Siyasət

UNESCO baş direktoru vəzifəsinə ilkin səsvermə nə vaxt keçiriləcək?

UNESCO-da baş direktor vəzifəsinə namizədlərin ilkin səsverməsi oktyabrın 9-da keçiriləcək.
UNESCO-nun saytının verdiyi məlumata görə, qurumun İdarə heyətinin oktyabrın 4-18-də keçiriləcək 202-ci sessiyası çərçivəsində oktyabrın 9-da günorta plenar iclasının sonunda ilkin gizli səsvermə aparılacaq.
Əgər tələb olunan səs çoxluğu əldə edilməsə, gizlin səsvermə oktyabrın 10, 11 və 12-də eyni qaydada davam edəcək. Əgər sonuncu gün də tələb olunan səs çoxluğu əldə edilməsə, oktyabrın 13-də ən çox səs toplamış iki namizəd seçilərək müsabiqə onların arasında aparılacaq və yekun namizəd seçiləcək.
Baş katibin namizədliyi İdarə Heyəti tərəfindən Baş Konfransa göndəriləcək və yeni baş katib Baş Konfrans tərəfindən təyin olunacaq. UNESCO Baş Konfransının 39-cu sessiyası oktyabrın 30-dan noyabrın 14-dək Parisdə keçiriləcək.
Qeyd edək ki, baş katib 4 il müddətinə seçilir. Onun vəzifəsi daha 4 il uzadıla bilər.
Azərbaycanın UNESCO-nun baş katibi vəzifəsinə namizədi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur. Digər 8 namizədlər Vyetnamdan Fam Sanh Çau, Misirdən Mouşira Xattab, Qətərdən Hamad bin Əbdüləziz Əl-Kavari, Çindən Qian TANG, Qvatameladan Xuan Alfonso Fuentes Soria, İraqdan Saleh Əl-Həsnəvi, Livandan Vera Əl-Xouri Lacoeuilhe və Fransadan Odri Azulaydır.