“Hazırda kosmik tədqiqatlarda rəqabət ABŞ-la Çin arasında gedir” Siyasət

“Hazırda kosmik tədqiqatlarda rəqabət ABŞ-la Çin arasında gedir”

“Soyuq müharibə” illərində kosmosda rəqabət ABŞ-la SSRİ arasında gedirdi. Kosmosa ilk peyk göndərən SSRİ olub, ilk kosmonavt da SSRİ vətəndaşı idi. ABŞ bu yarışda birinciliyi əldən versə də, Aya ilk astronavtı göndərən ölkə oldu”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib: “20 iyul 1969-cu ildə Aya ayaq basan Neil Armstronqun sözləri tarixə düşdü: “bu insan üçün kiçik bir addım, bəşəriyyət üçün bir nəhəng sıçrayışdır”. SSRİ varisi kimi Rusiya kosmik proqramları davam etdirsə də, keçmiş illərdə olduğu kimi böyük layihələrə maliyyə ayıra bilmir. Bu səbəbdən hazırda kosmik tədqiqatlarda rəqabət ABŞ-la Çin arasında gedir”.