"Vizasız rejim ləğv edilməyəcək" Dünya

"Vizasız rejim ləğv edilməyəcək"

"Heç nə ləğv edilməyəcək, bu baxımdan Gürcüstan əhalisinə təhlükə yoxdur”.

Gürcüstan mətbuatı xəbər verir ki, bunu Parlamentinin sədri Şalva Papuaşvili Avropa Parlamentinin Gürcüstana viza rejiminin ləğvi ilə bağlı qətnamənin qəbul olunması ilə bağlı danışarkən deyib.

“Bu, gürcü xalqına qəzəblənən bir neçə avroparlamentarın baxışlarıdır. Proses bir neçə həftədən sonra başa çatacaq, cəmi bir neçə həftə qalıb və bu, gürcü xalqına hər hansı formada şifahi hücum etmək üçün son döyüşdür”, - spiker əlavə edib.

Cavid