“Əli Kərimli sadəcə, yeni Amerika kəşf etməklə...” Siyasət

“Əli Kərimli sadəcə, yeni Amerika kəşf etməklə...”

Tofiq Abbasov: "Azərbaycanda demokratik inqilab həyata keçirmək eşqinə düşüb"

"Siyasi ənənələr uğur əldə etmək baxımından strateji əhəmiyyətə malikdir. Onları inkar etmək, ya da etinasızlıqla qarşılamaq dividend itkisindən başqa heç nə ilə nəticələnmir. Bu isə ondan xəbər verir ki, ənənələrin tarixini, onların hansı zəmində və nə zaman yaranmasını bilmək zəruridir. Bu iş bilik və bacarıq anlamları üzərində qurulur. Ona görə də, siyasi fəaliyyət sferasında olanlar ən azı gərək impirik, yəni təcrübəyə söykənən varlıqları hər addım və hərəkətləri ilə əlaqələndirsinlər. Aksioma halını almış belə davranışı saymamazlığa vuranlar ya dünyadan xəbərsizdirlər, ya da düşük eksperimentlərərə varırlar. Azərbaycanın Milli Şura adı altında "fəaliyyət" göstərən qrupları kimi". Bu fikirləri politoloq Tofiq Abbasov səsələndirib. Onun sözlərinə görə, tələblərdən biri bu işlə məşğul olmaq istəyənlərdən innovativ təfəkkür tələb edir: "Əgər auditoriya qarşısına çıxırsansa, zəhmət çəkib yeni ideya və təkliflərlərlə çıx. Yox, əgər demək istədiklərin Nuh əyyamından qalmış bayağı fikir və eyhamların təbliğidirsə, onda bu həngamələrin heç yeri yoxdur. Çünki biabırçılıq qaçılmaz olacaq.
Radikal müxalifətin 5 aprel mitinqi məhz bu əhvalatın təkrarına çevrildi. Maraq doğuran isə odur ki, azərbaycanlı narazılar heç vaxt edəcəkləri işləri ümumi prizmada görməyib, çox uğursuz vaxtda həyata keçirirlər. Axı, ölkədə və dünyada saysız-hesabsız vacib hadisələrin baş verdiyi, insanların fikrinin həqiqi diqqətəlayiq mühüm məsələlərə cəmləşdiyi bir vaxtda müxalifətin boşboğazlıq seansını davam etdirməsi, müflis obrazını yenidən göstərməsi hansı məntiqlə izah olunmalıdır?
5 aprel mitinqində radikal müxaliflərin dedikləri o dərəcədə bəsit və yersiz "həqiqətlərdən" ibarət oldu ki, istər-istəməz, sual yarandı – axı, belə lazımsız söz-söhbətlər üçün bu qədər hay-küy salmağa dəyirdimi?
Radikal müxaliflər özlərini geniş spektrdə görə bilmədiklərindən, olan-qalan abırlıranı da itirirlər. Axı, Martin Lüter Kinqin Azərbaycandakı proseslərə nə dəxli var? Bu qaradərili pastor ötən əsrin 50-60-cı illərində aparteid siyasətə qarşı mübarizə aparırdı və ölümü ilə həm şəxsiyyətini, həm də onunla həmrəy olanları ucaldıb zənci hərəkatına uğur yolu açdı. Onun mübarizəsini Azərbaycan gerçəkliklərinə şamil etmək özü siyasi cəhətdən ciddi yanlışlıq, olduqca uğursuz paraleldir". Onun sözlərinə görə, lakin Əli Kərimli belə düşünmür: "O, sadəcə, yeni Amerika kəşf etməklə Azərbaycanda demokratik inqilab həyata keçirmək eşqinə düşüb. Bunun isə bir adı ola bilər – absurd. Cəmil Həsənli, Əli Kərimli və onların azsaylı həmfikirləri gərək papaqlarını qarşılarına qoyub düşünsünlər ki, tez-tez meydana atılıb insanlar qarşısında qondarma tezis və lazımsız ideyalar səsləndirməklə olmayan nüfuzlarını da ayaqlar altına qoyurlar. Zamanın kontekstində olmağı bacarmamaq artıq qəti məğlubiyyət deməkdir. Əgər narazılar bunu anlamırlarsa, ya da anlamaq istəmirlərsə, deməli, siyasətin tələb və ənənələrindən həm çox-çox uzaqda, həm də xalidirlər. Azərbaycan müxalifətinin məşğul olduğu isə artıq siyasət yox, siyasətbazlıqdır ki, buna qol qoyanların aqibətinə yalnız acımaq qalır".

Əli