“Papanın Türkiyəyə səfəri vaxtı verdiyi şüarı ilə hazırdakı bəyanatı arasında ziddiyyət var” Siyasət

“Papanın Türkiyəyə səfəri vaxtı verdiyi şüarı ilə hazırdakı bəyanatı arasında ziddiyyət var”

Səfir: "Çox təəssüf ki, önəmli bir dini liderin siyasi məqsədlərə alət olunduğu ortaya çıxır"

"Papanın məlum çıxışı ilə bağlı olaraq Türkiyənin Xarici İşlər Nazirliyi rəsmi mövqeyini ortaya qoyub". Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Papanın məlum bəyanatı ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb. Papanın Türkiyəyə səfəri vaxtı verdiyi şüarı ilə hazırdakı bəyanatı arasında ziddiyyət var: "Çox təəssüf ki, Vatikan Papasının bu açıqlamasına baxdıqda, önəmli bir dini liderin siyasi məqsədlərə alət olunduğu ortaya çıxır. O dönəmdəki əlaqələri dəyərləndirdiyimizdə, bu açıqlamasında Papa təəssüf ki, seçici bir ifadəyə yol verib. Kürdlərin və müsəlmanların oxşar bir şəkildə o dönəmdə qarşılaşdıqları böyük fəlakətləri tam olaraq gözardı edilir. Beynəlxalq hüquq özünə görə qanunlar ortaya qoyur. Hüquq bu halı ilə də heç bir şəkildə qəbul olunmayan talehsiz açıqlama verib. Təbii bu talehsiz açıqlama olmaqla birlikdə, həqiqətləri də dəyişdirməyə sahib olan bir açıqlama deyil. Gerçəklər tarixin qeydlərində, beynəlxalq hüquqda saxlanılıb. Bu baxımdan Papanın açıqlamasının tarixi həqiqətlərə heç bir təsiri olmamaqla birlikdə, qısa zaman əvvəl Türkiyəyə uğurlu bir səfər həyata keçirərək, dünyaya barış siqnalları vermiş olan Papanın bu dəfə həminki davranışından tamamilə uzaqlaşaraq belə bir bəyanat verməsinin arxasında başqa məqsədlər durur və bu talehsiz bir açıqlama olub".
Səfir onu da vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında əməkdaşlıq hərtərəfli davam etdirilir. Tarixi həqiqətlər reallığı ilə dünyaya elan ediləcək: "Azərbaycanla hər mövzuda olduğu kimi, bu mövzuda da birlikdə hərəkət edirik. Bizim etdiyimiz işlər dünyaya həqiqətləri elan etməkdən ibarətdir. Həmin dövrlə bağlı tarixi həqiqətlər doğru olmayan, yanlış məlumatlar şəklində dünyaya səsləndirilməkdədir. Ermənilər bunu 10 illərlə davam edən bir proseslə etməyə çalışırlar. Təəssüf ki, Papa bu prosesin içində özünə görə rol oynamaqdadır. Bu həqiqətən tarixi olaraq üzücü bir hadisədir. Biz Azərbaycanla birlikdə və Türk dünyasındakı digər qardaşlarımızla birlikdə daha asan olan bir məsələni həyata keçirməyə çalışacayıq. Belə ki, tarixi həqiqətləri ortaya çıxarmağa davam edəcəyik".

Əli