Ronaldinyonun ölkəni tərk etməsi qadağan edildi İdman

Ronaldinyonun ölkəni tərk etməsi qadağan edildi

Kariyerası ərzində iki dəfə dünyanın ən yaxşı futbolçusu seçilən Ronaldinyo borcları səbəbindən çətin günlər yaşayır.
Bu barədə Braziliya mətbuatı yazıb.
Məlumata görə, futbolçunun 2.51 milyon dollarlıq cəzası səbəbilə Rio Qrande məhkəməsi tərəfindən 57 mülkü müsadirə edilib. 2.06 milyon dollarlıq vergi borcu olan Ronaldinyoya 793 min dollar cəza verilib.
Əfsanəvi futbolçunun iki pasportu olmasına baxmayaraq, ölkə xaricinə çıxışı qadağan edilib.