“Sosialyönümlü xərclər ümumilikdə 1 milyard 289.2 milyon manat artırılıb” Hadisə

“Sosialyönümlü xərclər ümumilikdə 1 milyard 289.2 milyon manat artırılıb”

“Büdcə layihəsində sosialyönümlü xərclər ümumilikdə 1 milyard 289.2 milyon manat artılaraq 15 milyard 218.9 milyon manata və ya dövlət büdcə xərclərinin 45.7%-nə çatdırılıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin plenar iclasınd açıxışı zamanı deyib: “İşğaldan azad edilmiş ərazilərin bərpası və əhalini məskunlaşması şəratinin yaradılması üçün ayrılan xərclər 330 milyon manat artırılaraq 3 milyard manata, Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması və hüquq mühafizə orqanları üçün ayrılan xərclər 495.9 milyon manat artırılaraq 8 mlrd 062.9 milyon manata, təhsil xərcləri 536 milyon manat artırılaraq 4 mlrd 423 mln manata, səhiyyə xərcləri 197.6 milyon manat artırılılaraq 1 mlrd 906 mln manata çatdırılması planlaşdırılır. Əməyin ödənişi xərcləri 420 milyon manat, məqsədli kənd təsərrüfatı tədbirləri, ərzaq təhlükəsizliyi üçün ayrılan xərclər isə 350 milyon manat artırılması planlaşdırılıb”.

Əli