Naxçıvanda ağır qəza - Ölənlər və yaralananlar var Hadisə

Naxçıvanda ağır qəza - Ölənlər və yaralananlar var

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə Babək rayon Vayxır kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada Niva" markalı avtomobillə "Hyundai Santafe" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "Lada Niva"da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu ölüb. Əhmədov Pərvin Məhəmməd oğlu isə ağır bədən xəsarətləri alıb.

"Hyundai Santafe"də olan 3 sərnişin - Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu ağır yaralanıb.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin ağır olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.