İzmirin siyasi-ictimai və elmi elitası "Azərbaycanın könül dostları iftar süfrəsində" adı altında bir araya gəlib Hadisə

İzmirin siyasi-ictimai və elmi elitası "Azərbaycanın könül dostları iftar süfrəsində" adı altında bir araya gəlib

Dünya Azərbaycanlıları Konqresinin başqanı Asif Kurbanın təşkilatçılığı ilə İzmirin siyasi-ictimai və elmi elitası "Azərbaycanın könül dostları iftar süfrəsində" adı altında bir araya gəlib. Xalqcəbhəsi.az xəbər verir ki, Asif Kurban ilk öncə qonaqları salamladıqdan sonra iki qardaş ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və bu kimi tədbirlərin münasibətlərimizin inkişafına böyük təsir göstərdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən qonaqlar qarşılıqlı əlaqələrin davamlı olması üçün belə tədbirlərin önəmini bildiriblər.
Qeyd edək ki, tədbirdə İzmir valisinin müavini Fatih Kızıltoprak, Ege Universiteti professor Mehmet Ersan, Ege Universiteti Türk Dünyası Araşdırma İnstitutu SES kafeterya müdiri professor Vəfa Kurban, Ege Universiteti professor Afiq Bərdəli, Yaşar Universiteti professor Şahlar Məhərrəm, Dokuz Eylül Universitetindən professor Əfəndi, professor Ülviyyə Sanılı, Türk Ocakları İzmir şöbəsinin rəhbəri Alper Erdem, Karabağlar bələdiyyə sədrinin müavini və Konyalılar Fondunun rəhbəri Mehmet Ərdoğan, Krım Dərnəyi rəhbəri Nuran Çağatay, Sivaslılar dərnəyi başçısının müavini Faysal Çaygöz, Əhdə Vəfa Dərnəyinin rəhbəri Ali Manav, Birlik Təhsil Birliyinin İzmir şöbə müdiri, İzmir Milli Təhsil Müdirliyinin şöbə müdiri Ramazan Türk, İzmir Univertetlərində çalışan azərbaycanlı müəllimlər, həkimlər, tələbələr iştirak ediblər.