Axtarışda olan 76 nəfər saxlanılıb - DİN Hadisə

Axtarışda olan 76 nəfər saxlanılıb - DİN

Aprelin 29-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib kiI, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən, borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 34 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.