“Beynəlxalq təşkilatlarla da münasibətlər lazımi  səviyyədə qurulub” Siyasət

“Beynəlxalq təşkilatlarla da münasibətlər lazımi  səviyyədə qurulub”

“Dövlətçiliyimizin təhlükəsizliyinin qorunmasında Daxili İşlər nazirliyinin rolu olduqca böyükdür”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O qeyd edib ki, ölkəmizdə uzun on illiklər kök salmış separatçı rejimin fəaliyyətinə son qoyulmasında və orada təhlükəsizliyin təmin olunmasında polis müstəsna xidmət göstərib: “Milli Koordinatorun da fəaliyyətini yüksək qiymətləndirilir. Beynəlxalq təşkilatlarla da münasibətlər lazımi səviyyədə qurulub”.