Naməlum məzarlardakıların şəxsiyyətinin gec müəyyənləşdirilməsinə aydınlıq gətirilib Hadisə

Naməlum məzarlardakıların şəxsiyyətinin gec müəyyənləşdirilməsinə aydınlıq gətirilib

Biz naməlum şəhid məzarlıqlarının yerini 2005-ci ildən müəyyən etmişik.

APA xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov naməlum məzarlardakıların şəxsiyyətinin niyə gec müəyyənləşdirilməsinə aydınlıq gətirərkən bildirib.
O deyib ki, 2014-cü ildən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyilə ailələrdən bioloji nümunələr götürülməyə başlanıb və layihə 2022-ci ilin dekabrında başa çatıb: “Bütün ailələrdən bioloji nümunələr götürülməsə, meyit qalıqlarının eyniləşdirilməsi mümkün olmaz. Təəssüf ki, əvvəllər bir çox itkin ailələri bioloji nümunə götürməkdən imtina edirdi, bəziləri xaricdə idi. Vətən müharibəsindən sonra bioloji nümunə vermək istəyən itkin ailələrinin sayı artıb”.