Bu il 35 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurulacaq İqtisadiyyat

Bu il 35 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurulacaq

“Onlayn Azərbaycan” layihəsinin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun əməkdaşlığı sayəsində 2024-cü ilin sonuna qədər minimum 35 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-dən bildirilib.

"2021-ci ildən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin icra müddətində genişzolaqlı internetə çıxış imkanı yaradılan ev təsərrüfatlarının sayı 2,29 milyona çatdırılıb. Hazırda ölkə ərazisində mövcud ev təsərrüfatlarının 78%-i əhatə edilib", - deyə məlumatda qeyd edilib.