TQDK üçün yeni inzibati bina tikiləcək Hadisə

TQDK üçün yeni inzibati bina tikiləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaydığı məlumatda bildirilir ki, Akademik Həsən Əliyev 17 ünvanında yerləşən inzibati binasında müasir tipli mətbəənin quraşdırılması ilə bağlı ilkin hazırlıq işləri görülərkən bu binanın qəzalı vəziyyətdə olması müəyyənləşib.
Komissiyanın rəhbərliyi, informasiya təminatı, eləcə də təşkilati işləri həyata keçirən struktur bölmələri isə dekabr ayının 15-dən etibarən Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1a. ünvanında yerləşəcək.
Məlumatda bildirilib ki, müvafiq dövlət qurumları tərəfindən TQDK-nın inzibati binasının qəzalı durumda olduğuna dair verilən rəylər nəzərə alınaraq həmin binanın sökülməsi və yerində yeni, təşkilati, elmi-metodiki və texnoloji tədbirlərin həyata keçirilməsi baxımından müasir tələblərə cavab verən binanın inşa olunması nəzərdə tutulub.