Yoxa çıxan iki erməninin axtarışına ruslar da cəlb ediliblər Hadisə

Yoxa çıxan iki erməninin axtarışına ruslar da cəlb ediliblər

Erməni hərbçi Artur Nalbandyan və sürücü Aramais Torozyanın axtarışı davam edir. "Xalq Cəbhəsi" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verib.

Xatırladaq ki, hərbçilər Artur Nalbandyan və Aramais Torozyan 14 iyulda sübh saatlarında Sünik bölgəsindəki Qara göl yaxınlığında hava şəraitinin dumanlı olması səbəbiylə yoxa çıxıblar. Nazirlik, həmçinin qeyd edib ki, Rusiya tərəfinin vasitəçiliyi ilə onların Azərbaycan tərəfindən görünməsi məsələsi Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilə müzakirə olunur.

Cavid