Beynəlxalq faktaraşdırcı missiyanın üzvləri Tərtərə səfər edib - FOTO Hadisə

Beynəlxalq faktaraşdırcı missiyanın üzvləri Tərtərə səfər edib - FOTO

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası Sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyəti günün ikinci yarısında Tərtər şəhərində olublar.

Trend-in Qarabağ bürosu xəbər verir ki,rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara 44 günlük müharibə zamanı şəhər mərkəzidə daxil olmaqla ermənilərin dinc sakinlərin yaşadığı kənd və qəsəbələrə etdikləri raket hücumuna bağlı məlumat verib.

Rayon rəhbəri yaşayış məntəqələrinə atılan raket və müxtəlif hərbi sursatların qalıqlarının qonaqlara təqdim edib. Qonaqlar müharibə vaxtı erməni terroru nəticəsində tamamilə dağldılan hazırda isə müharibənin nişanəsi kimi saxlanılan fərdi yaşayış evinədə baxış keçiriblər.

Qeyd edək ki İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının bundan öncə Ağdamda faktaraşdırıcı missiya həyata keçirib.