“Hicran” tamaşası HD formatında yayımlanacaq Mədəniyyət

“Hicran” tamaşası HD formatında yayımlanacaq

Azərbaycan Televiziyası sevilən “Hicran” tamaşasını keyfiyyətli formada yayımlayacaq.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, SD formatında olan 82 dəqiqəlik tamaşa Türkiyədə HD formatına salınıb.

TRT-də aparılan işlər zamanı tamaşanın görüntü və səs restavrasiyası edilib. Tamaşa restavrasiya olunduqdan sonra görüntü keyfiyyəti 4 dəfə artıb. Mütəxəssislər “Hicran” tamaşası üzərində 15 gün iş aparıblar.

Qeyd edək ki, QSC lazımi avadanlıq tam istifadəyə verildikdən sonra arxivindəki materialların restavrasiyası işlərinə başlayacaq.