Salzburg şəhərində “Bir olaq, həmrəy olaq” adlı tədbir keçirilib Mədəniyyət

Salzburg şəhərində “Bir olaq, həmrəy olaq” adlı tədbir keçirilib

Avstriya Azərbaycanlıları Cəmiyyəti Avstriya Respublikasının Salzburg şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Bir olaq, həmrəy olaq” adlı Novruz şənliyi keçirib.

Tədbiri giriş sözü ilə Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov açaraq tədbir iştirakçılarını vətən müharibəsində öz canlarından keçən şəhidlərin xatirəsinə hörmət olaraq bir dəqiqəlik sükut elan etdi daha sonra bahar bayramı münasibətilə təbrik etdi.

Novruz bayramının ən qədim bayramlardan biri olduğunu nəzərə çatdıraraq bildirdi ki, xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də Azərbaycanlıların yeni ilidir, Ali Baş Komandan Cənab İlham Əliyev buyurdu ki,mən Əlli Milyoldan çox Azərbaycanlının rəhbəriyəm və bizdə bu gün dünyanın dörd bir yanında yaşayan Azərbaycanlılar bu gün bir yumruq kimi bir olub vətənimizin yanında olmalıyıq bu gün bizim üçün bir Azərbaycan var oda vahid və qüdrətli Azərbaycan deyə vurğuladı.

Sonra söz qonaqlara verildi. Salzburg şəhəri bələdiyyə nümayəndəsi Dr.Tarık Mete bu tədbirin önəmindən birlik və bərabərliyin xüsusi vacibliyindən söz açdı.Qüdrətli Azərbaycanın bu gün regionda söz sahibi olmasından və Salzburg şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin birlik və bərabərlik üçün vacib fəaliyyətindən söz açdı.

Daha sonra çıxış edən Sloveniya Azərbaycan Türk Mədəniyyətlər Asosasiyasının rəhbəri Taleh Qurbanov Avstriyada yaşayan həmyerlilərinin Novruz Bayramını təbrik edərək bu bayramın bizlər üçün önəmindən bu bayramda xalqımızın adət və ənənələrindən söz açdı.Taleh Qurbanov Avstriyanın Salzburg şəhərində fəaliyyət göstərən Azərbaycan Evində olan xüsusi qonaqpərvərlik üçün burada yaşayan soydaşlarımıza dərin minnətdarlığını bildirdi.

Daha sonra söz Avstriyada fəaliyyət göstrən Cənubi Azərbaycan icmasının rəhbəri Dr.Fərzad Səyyadzadəyə verildi.O öz növbəsində bu tədbirə dəvət aldığı üçün çox xoşbəxt olduğunu bildirdi.Azərbaycanın hər tərəfi bizim üçün əzizdir söylədi.Cənubi Azərbaycanlı soydaşlarımızın vətən həsrətindən bəhs edən Cənab Səyyadzadə bir gün gələcək ki Qarabağ Azad olan kimi Azərbaycanda vahid olacaq və buna çox az qaldığını bildirdi.Çıxışının sonunda Cənubi Azərbaycanlı bir şairin sözləri ilə nitqini tamamladı.

Sonra tədbir iştirakçılarına novruz təamları təqdim olundu və tədbir Azərbaycanlı musiqiçiləri çıxışları ilə davam edib.

Cavid