“Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz”
15 Oktyabr 21:27
15 Oktyabr 21:27
15 Oktyabr 20:54
15 Oktyabr 19:17
1 May 10:46
2 891
İsrail Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan Qlobal Sumud Donanmasına hücum edib.
Türkiyə Xarici İşlər Nazirliyi də bu barədə bəyanat verərək beynəlxalq ictimaiyyəti İsrailin bu addımına qarşı vahid mövqe sərgiləməyə çağırıb.
Mövzu ilə bağlı politoloq Rizvan Hüseynov xalqcebhesi.az-a açıqlamasında vurğulayıb ki, İsrailin belə bir münasibəti və humanitar qanunların pozulması ancaq və ancaq vəziyyəti gərginləşdirir: “Qəzza zolağının həm özü, həm dəniz akvatoriyası müstəqildir, İsrailin ərazisi deyil. Beynəlxalq və dəniz hüququna görə İsrailin başqa əraziyə, ələlxüsus da bu vəziyyətdə, humanitar böhranda olan Qəzza zolağına qarşı belə əməliyyat keçirməyə heç bir hüququ və haqqı yoxdur. O baxımdan bu, vəziyyəti daha kritik edir və İsrailin siyasətinə qarşı həm Avropa ölkələrindən, həm Türkiyədən daha sərt münasibət gözləmək lazımdır”.
Röya İsrafilova
15 Oktyabr 21:27
903
15 Oktyabr 20:54
952
15 Oktyabr 19:17
910