29 Avqust 11:17
28 Avqust 14:41
Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb
14 May 20:12
2 695
Əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun təhsil modelinin formalaşdırılması bu gün prioritet məsələlərdən biridir. Təhsil proqramları və kurikulumlar mütəmadi yenilənməli, iş dünyasının ehtiyac duyduğu bilik və bacarıqlar nəzərə alınmalıdır. Bu baxımdan təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri təhsil eksperti Rizvan Fikrətoğlu xalqcebhesi.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, nəzəri biliklərlə yanaşı praktiki bacarıqların inkişafı da vacibdir:
“Tələbələrin real iş mühiti ilə erkən tanış olması, istehsalat təcrübələri, laboratoriya işləri və layihə əsaslı öyrənmə metodları onların peşəkar hazırlığında mühüm rol oynayır. Rəqəmsal bacarıqlar artıq bütün sahələr üçün zərurətə çevrilib.Süni intellekt, data analitikası və bulud texnologiyaları kimi istiqamətlər fərqli ixtisas proqramlarına inteqrasiya edilməlidir. Eyni zamanda kommunikasiya, komanda işi, tənqidi düşüncə və problemlərin yaradıcı həlli kimi yumşaq bacarıqlar da təhsil prosesində əsas yer tutmalıdır”.
Günel Elxan
29 Avqust 11:24
1 491
29 Avqust 11:17
1 547
28 Avqust 17:35
1 596