Mikayıl Cabbarov BƏƏ Milli Neft Şirkətinin sədr ilə görüşüb İqtisadiyyat

Mikayıl Cabbarov BƏƏ Milli Neft Şirkətinin sədr ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Neft Şirkətinin sədri Saeed Məhəmməd Əhməd Əl Tayer ilə görüşüb.

Bunu M.Cabbarov "Twitter" səhifəsində bildirib.
Görüşdə SOCAR və ENOC arasında treydinq üzrə əməkdaşlıq, investisiya imkanlarının müəyyənləşdirilməsi və birgə layihələr üzrə perspektivlər barədə müzakirə aparılıb.