“Bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunur” İqtisadiyyat

“Bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunur”

“Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov qeyd edib: “Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır: “Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb. Uzun müddətli hesab olunan, 252 günlük notlarda da oxşar artım qeydə alınmaqdadır”.