Bu günə olan valyuta məzənnələri İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 27 mart tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8409 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0528 manat, 1 Rusiya rublu 0.0183 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6280 manat olub.