Azərbaycan nefti 3 dollar ucuzlaşıb İqtisadiyyat

Azərbaycan nefti 3 dollar ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən ucuzlaşıb.

“APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 3,3% və ya 3,02 ABŞ dolları azalaraq 88,51 dollar təşkil edib.

Qeyd edək ki, ötən gün "Azeri Light" 91,53 dollara ticarət edilib.