I rübdə Azərbaycan qızıl ixracından 18.5 mln. dollar gəlir əldə edib İqtisadiyyat

I rübdə Azərbaycan qızıl ixracından 18.5 mln. dollar gəlir əldə edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan 18.5 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% azdır.

Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın aprel buraxılışına istinadən xəbər verir.

Məlumata görə, 2023-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 25.7 mln. dollar təşkil edib.