Ermənistanda Avropa ittifaqının Mülki missiyası Rusiyaya qarşıdır Siyasət

Ermənistanda Avropa ittifaqının Mülki missiyası Rusiyaya qarşıdır

Ermənistan parlamenti Avropa İttifaqının ölkə ərazisində "Mülki missiyasının" fəaliyyətini ratifikasiya edib. Bundan sonra "Mülki missiya" təkcə Azərbaycanla sərhəddə deyil, Türkiyə və İranla sərhəd ərazilərinə də baş çəkə bilər. Türkiyə və İranla sərhəddin Rusiya sərhədçiləri tərəfindən mühafizə edildiyini nəzərə alsaq bu planın birbaşa Rusiya qarşı yönəlməsi aydın görünür.

Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Avropa ittifaqının "Mülki missiyasının" tərkibində üstünlük əsasənFransa kəşfiyyatçıları üstünlük təşkil edir. Ümumi götürdükdə, bu missiyanın fəaliyyəti Azərbaycana qarşı yönəlməyib. Əsasən Ermənistanda Rusiyanın fəaliyyətinə yönəlib:

"Qeyd edim ki, Avropa İttifaqının mülki missiyası Azərbaycanın Ermənistana sərhəddə hər-hansı bir təhlükə yaratmadigini raportlarında qeyd edib. Hazırda Azərbaycan Ermənistanla danışıqlar aparır. Qazaxın anklav olmayan dörd kəndinin Azərbaycana qaytarılması üçün real addımlar Yerevan tərəfindən atılması gözlənilir".

Dörd kənd geri veriləndən sonra, delimitasiya və demarkasiya prosesi aparılacaq. Hazırda iki ölkə arasında real sülh üçün mümkün şərait formalaşıb. İki ölkə arasında sülh müqaviləsi bağlandıqdan sonra, Avropa İttifaqının "Mülki missiyası" Azərbaycanla sərhəddə müşahidəni sona çatdıracaq:

"Qeyd edim ki, Ermənistan ordusunda Rusiya bağlı kifayət qədər qüvvələr var. Bu qüvvələr Azərbaycanla sərhəddə təxribatlar törədə bilərdilər. Avropa ittifaqının mülki missiyası Ermənistan tərəfindən bu təxribatçı qüvvələrin fəaliyyətini neytrallaşdırıb.
Ümumi götürdükdə Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında hərbi eskalasiyada maraqlı deyil".

Cavid