“Azərbycanla Ermənistan arasında sülh istiqamətində mühüm addımlar atılır” Siyasət

“Azərbycanla Ermənistan arasında sülh istiqamətində mühüm addımlar atılır”

“Hazırda Azərbycanla Ermənistan arasında sülh istiqamətində mühüm addımlar atılır”. Bunu xalqcəbhəsi.az-a politoloq Turan Rzayev bildirib: “30 il ərzində olmayan va aparılmayan konstruktiv danışıqlar gedir. Bununla belə Avropa İttifaının regiona müdaxiləsi və danışıqlara zərər verəcək addımlar atması Bakını narahat edir. Misal üçün 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa Birliyi Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub. Lakin təəssüf ki, daha sonra həmin monitorinq Azərbaycanın razılığı olmadan AB-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib.
Həmin missiya bu günə qədər ancaq anti-Azərbaycan təbliğat aparıb. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur”.