“Onlar özlərinin iyrənc hisslərini düşünürlər” Siyasət

“Onlar özlərinin iyrənc hisslərini düşünürlər”

“Bu gün dünyanın mötəbər tədbirləri Azərbaycanda keçirilir. COP29 kimi mötəbər tədbirlərin ölkəmizdə keçirilməsinin səbəblərindən biri də məhz Azərbaycanın təhlükəsizliyi ilə bağlıdır”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib: “Rusiyada baş verən hadisədən sonra bir çox sapı özümüzdən olan baltalar elə cəhdlə çalışırlar ki, kaş “belə hallar Azərbaycanda da olardı”. Onlar xalqımızı yox, özlərinin maraqlarını, iyrənc hisslərini düşünürlər”.