“Əslində bu, Türkiyənin yeni sərhədidir” Siyasət

“Əslində bu, Türkiyənin yeni sərhədidir”

“İraqla bağlanan müqaviləyə görə türk ordusu İraqla sərhəd boyunca 300 km, dərininə isə 40 km əsgəri zona olaraq istifadə edə biləcək, həm də qalıcı olaraq”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib: “Əslində bu, Türkiyənin yeni sərhədidir. PKK İraqda demək olar ki, məhv edilir, türkmən bölgələri yenidən qurulur və İran da oyundankənar vəziyyətə düşür. Türkiyəni ordan artıq kimsə istəsə belə çıxara bilməz”.