“Bu gedişlə 4+4 kəndin qaytarılması prosesi” Siyasət

“Bu gedişlə 4+4 kəndin qaytarılması prosesi”

“Günən ️(ermənilər Kirants deyir) kənd əhalisi dərin depressiyaya düşüb: Paşinyan sərhədin kənddən keçə biləcəyini deyəndən sonra kənddə "it yiyəsini tanımır". Kəndlilər yenidən qeyri-müəyyənlik içində çaş-baş qalıblar. Bu barədə kənd sakinlərinin sözlərini Hayastan fraksiyasından olan deputat Qeqam Nəzəryan çatdırıb". Xalqcəbhəsi.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib: "Paşinyan əvvəlcə böyük sevinc hissi ilə kənd sakinlərinə bildirib ki, sovet sərhədi bölgədə “səhv” keçib və indi, bəlkə də sərhəd kəndin içindən keçəcək.
Sonra isə kefkom Nikol əhalini araya qoyub: "Delimitasiyadan sonra kənd sakinlərinin təhlükəsiz yaşayacağına da zəmanət vermirəm. Bəlkə 7 gün təhlükəsiz yaşayacaqsınız, amma 8-ci gün nəsə olacaq... Mən hardan bunu bilməliyəm?
Bu gedişlə 4+4 kəndin qaytarılması prosesi Günən kəndinin də yarısını, o cümlədən körpünü də Azərbaycanın nəzarətinə keçməsini də əhatə edəcək”.