Sentyabrda çərçivə sazişinin imzalanması mümkündür Siyasət

Sentyabrda çərçivə sazişinin imzalanması mümkündür

Azərbaycanla Ermənistan arasında bu ilin sentyabrında iki ölkə arasında baza sənədi (Çərçivə sazişi) imzalanması mümkündür. İkitərəfli danışıqlar gedir və Azərbaycanın Ermənistana təqdim etdiyi növbəti təkliflər paketi məhz baza sənədinin imzalanmasını özündə ehtiva edir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Xarici işlər nazirləri Alma-Atıda görüşüb, bir neçə məsələlər üzərində razılaşma əldə edilməsi gözlənilir. Ermənistanda revanşistlər maksimum çalışır ki, Azərbaycanla gözlənilən razılaşmanın qarşısı alınsın:

"Erməni kilsəsi və müxalifət aktiv şəkildə bunun üzərində dayanıb. Rusiya tərəfinə gəldikdə, Kreml Azərbaycanla Ermənistan arasında razılaşmaya etiraz etməyəcək. Prezident İlham Əliyevin Moskvada V. Putinlə görüşündə bu məsələlər müzakirə olunub. Rusiya bu məsələdə neytral qalacaq. Qazaxıstan prezidentinin Ermənistana səfərində bir çox məsələlər razılaşdırılıb. Hətta Zəngəzur yolunun Ermənistanın tam nəzarəti əsasında açılması razılıq əldə edilib".

Cavid