“Makronun Azərbaycana növbəti təzyiq oyununun belə bitəcəyi öncədən də bəlli idi” Siyasət

“Makronun Azərbaycana növbəti təzyiq oyununun belə bitəcəyi öncədən də bəlli idi”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri zamanı üzə çıxan reallıq Fransanın "kollektiv qərb" adlandırılan çevrəni ölkəmizin əleyhinə səfərbər etmək cəhdinin perspektivsizliyinin bəlkə də artıq yüzüncü və Yelisey sarayındakılar üçün olduqca üzücü təsdiqi idi. Azərbaycandakı səfirlərini "məsləhətləşmək" üçün Parisə dəvət edənlər görünür bunu anladılar, ona görə xanım Buayon artıq Bakıya qayıdıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: “Açığı, Makronun Azərbaycana növbəti təzyiq oyununun məhz belə bitəcəyi öncədən də bəlli idi. O üzdən də Azərbaycan Ann Buayon məsləhətləşmək üçün geri çağırılanda buna qarşılıq vermədi. Yəni Fransadakı səfirimiz öz fəaliyyətini orada davam etdirdi”.