"Xalq yumruq kimi öz Liderinin ətrafında sıx birləşərək əzm, iradə, cəsarət nümayiş etdirdi" Siyasət

"Xalq yumruq kimi öz Liderinin ətrafında sıx birləşərək əzm, iradə, cəsarət nümayiş etdirdi"

"Ermənistan 44 günlük döyüş meydanında acı məğlubiyyətini etiraf etdiyindən Azərbaycanın mülki şəxslərini hədəfə alaraq bəşəri və insani dəyərlərə, beynəlxalq hüquq və konvensiyalara məhəl qoymayıb terror və soyqırım aktları törədərək hərbi cinayətlər həyata keçirdi.
Xocalı soyqırımın eyni adlı ssenarisi ilə Gəncə, Bərdə Tərtər və digər rayon və şəhərlər atəşə tutdu, qadağan olunan silahlardan belə istifadə olundu. Amma düşmən ordu-hakimiyyət-xalq birliyini zəiflədə bilmədi".
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev "Xalq Cəbhəsi"nə açıqlamasında bildirib.

O, qeyd edib ki Ermənistanın hərbi, insanlıq əleyhinə cinayətlərinə, çirkin əməllərinə, mülki əhaliyə qarşı müharibə aparmasına, şəhər və kəndlərimizi qadağan olunmuş silahlardan atəşə tutmasına, faşizm siyasəti yürütməsinə baxmayaraq, Azərbaycan xalqının yumruq kimi öz Liderinin ətrafında sıx birləşərək əzm, iradə, cəsarət nümayiş etdirdi: "44 günlük İkinci Qarabağ müharibəsində bütün dünya azərbaycanlıları Ali Baş Komandanın əsgərinə çevrildi. Həmrəylik, birliyimiz düşmən üzərində zəfırimizlə nəticələndi. İşğalçı Ermənistan qarşımızda diz çökdü. Bu gün dünyada qalib, məğlubedilməz Azərbaycan var. Bu gün dünyada Azərbaycanın güclü ordusu və onun güclü iradəyə malik baş komandanı var. Bu gün prezidentinin ətrafında birləşən sarsılmaz Azərbaycan xalqı var. Bu birlik heç bir zaman imkan verməz ki, düşmən yenidən baş qaldırsın, Azərbaycanla hədə dilində danışsın".

Cavid