Təbrizdə vaksin çatışmazlığı narazılıq yaratdı: Tibb Universitetinin prorektoru İran rəsmilərini suçlandırdı -VİDEO Güney Azərbaycan

Təbrizdə vaksin çatışmazlığı narazılıq yaratdı: Tibb Universitetinin prorektoru İran rəsmilərini suçlandırdı -VİDEO

İranda əhalinin koronavirus əleyhinə peyvənd olunması ilə bağlı problem qalmaqdadır. Təbriz Tibb Elmləri Universitetinin prorektoru Abbasəli Dürüsti son açıqlamasında bu məsələdən danışıb.

Abbasəli Dürüsti vaksin və təyinat sisteminin əyalətdən idarə edilməməsini tənqidb edib. O, bildirib ki, sözügedən problem üzündən bazar ertəsi günü peyvənd çatışmazlığı barədə dəqiq məlumat verilməyib.

"Bu səbəbdən bəzi insanlar peyvənd çatışmazlığı barədə məlumatlı olmadıqları üçün tibb mərkəzlərinə gedir və orada növbə, izdiham yaranır"-deyə, A.Dürüstü bildirib.

O, yaranmış duruma görə, təbrizlilərdən üzr istəyib. Prorektor qeyd edib ki, vaksin çatışmazlığının əsa baiskarı Tehrandakı məsullar, əsasən də İran Səhiyyə Nazirliyinin rəhbərliyidir.

Qeyd edək ki, avqustun 15-də Təbrizdə koronavirusa əleyhinə vaksin çatışmazlığı yaranıb. Peyvənd olunmaq istəyənlər tibb məntəqələrində uzun növbələrdə dayanmalı olublar.

Əhaliyə bu barədə öncədən məlumat verilmədiyi üçün bir sıra yerlərdə izdiham və insident yaşanıb.

Gunaz.tv