FİDE reytinqində Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov geriləyib İdman

FİDE reytinqində Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov geriləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ilk “10-luq”da yenə Azərbaycanın heç bir təmsilçisi yer almayıb.

İki pillə irəliləyən Şəhriyar Məmmədyarov 2759 xalla 12-ci yerə yüksəlib. Aktivində 2738 xal olan Teymur Rəcəbov 5 addım geriləyib. Qrossmeysterimiz 18-ci yerdə qərarlaşıb.